Subscribe Us

header ads

Türk Oğlu Türk

Hanı, Sultan-tacı-taxtın?!
Niyə yatıb qalıb baxtın?
Ötüb keçir dərdlə vaxtın,
Qaldır səsi aləmə bərk,
Qurduna dön, Türk oğlu Türk.

Vətənlər əsir ağlayır,
Nalələr sinə dağlayır,
Bəxtini şər varağlayır,
İgidliyin başına sərk,
Qurduna dön, Türk oğlu Türk.



Parçalanıb aralandıq,
Min bir yerdən yaralandıq,
Bəsdir daha paralandıq,
Acıları gəl eylə dərk,
Qurduna dön, Türk oğlu Türk.

Ərbilə əlim çatmayır,
Kərküküm gecə yatmayır,
Şərin qulağı batmayır,
Etmək olmur ocağı tərk!..
Qurduna dön, Türk oğlu Türk.

Təbrizində gözüm qalıb,
Borçalını hicran alıb,
Şər Dərbəndi dərdə salıb,
Əsir yurdlar sinəyə körk,
Qurduna dön, Türk oğlu Türk.
Bu xaçın Səlib yürüşü,
Əzilməli köpək dişi,
Şər-xətadır hər bir işi,
Sənə baxan şər gözü tök,
Qurduna dön, Türk oğlu Türk.
Qarabağın işğallarda,
Necə dursun bu hallarda?
Pak sevgi var vüsallarda,
Aralıqda iltifat tük…
Qurduna dön, Türk oğlu Türk.

İrəvanı yağı aldı,
Aramıza sərhəd saldı,
Göyçəgöldə gözüm qaldı…
Dur yağını qanına bük,
Qurduna dön, Türk oğlu Türk.

Qılıncını qart daşa sürt,
Düşməninin köksünə dürt,
Xain üzə qapını ört,
Soydaşından bu sənə ərk,
Qurduna dön, Türk oğlu Türk.

Üzü Haqqa durmaq hünər,
Ulu sözün dilində ƏR,
Qalx, düşmənin qolunu gər,
Şadimana əhvalın körk.
Qurduna dön, Türk oğlu Türk.
Qurduna dön, Türk oğlu Türk.

10.02.2012
Şirinxanım Kərimbəyli Şadiman